Qadın cüdoçumuz finala çıxdı – Qızıl medal üçün döyüşəcək

Qadın cüdoçumuz finala çıxdı – Qızıl medal üçün döyüşəcək

Hazırda oxunan: Qadın cüdoçumuz finala çıxdı – Qızıl medal üçün döyüşəcək

44810

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında Avropa çempionatı başlayıb.

Bizim.Media xəbər verir ki, qadınların 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramilə Əliyeva finala vəsiqə qazanıb.

İdmançımız ardıcıl olaraq Paulina Şlyaxta (Polşa) və Rakel Britonu (Portuqaliya) üstələyərək yarımfinala adlayıb. O, bu mərhələdə də ispaniyalı Mireya Lapuertaya qalib gəlib.

R.Əliyeva həlledici görüşdə serbiyalı Andrea Stoyadinov ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, 38 ölkədən 299 (171 kişi, 128 qadın) cüdoçunun qatıldığı Avropa çempionatına noyabrın 7-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO