Xavi “Barselona”nın baş məşqçisi olacaq? - QƏRAR VERİLDİ

Xavi “Barselona”nın baş məşqçisi olacaq? - QƏRAR VERİLDİ

Hazırda oxunan: Xavi “Barselona”nın baş məşqçisi olacaq? - QƏRAR VERİLDİ

44776

Qətərin "Əl Sədd" klubu baş məşqçi Xavi Ernandesin İspaniya "Barselona"sının sükanı arxasına keçməsinə razılıq verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Əl Sədd"in baş direktoru Turki Al-Ali klubun rəsmi saytına açıqlamasında məlumat verib.

O bildirib ki, Kataloniya təmsilçisi müqavilədə nəzərdə tutulan təzminat məbləğinin ödədikdən sonra 41 yaşlı mütəxəssisin gedişinə icazə verilib.

Qeyd edək ki, "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Kataloniyalıların yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO