Ronaldo baş məşqçisini qabaqladı

Ronaldo baş məşqçisini qabaqladı

Hazırda oxunan: Ronaldo baş məşqçisini qabaqladı

44436

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo yeni nailiyyətə imza atıb.

Bizim.Media-nın məlumatına görə, 36 yaşlı hücumçu İtaliyada "Atalanta" ilə 2:2 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda dubl edib.

Portuqaliyalı forvard "qırmızı şeytanlar"ın heyətindəki qollarını sayını 127-ə çatdırıb. O, 126 qol vuran hazırkı baş məşqçi Ule Qunnar Sulşeri geridə qoyub və 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi 253 qolla klub tarixinin bombardiridir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO