Bakıda qarapapaqlı peşəkar boksçuların döyüşləri keçirildi - FOTO

Bakıda qarapapaqlı peşəkar boksçuların döyüşləri keçirildi - FOTO

Hazırda oxunan: Bakıda qarapapaqlı peşəkar boksçuların döyüşləri keçirildi - FOTO

44418

Bakı İdman Sarayında Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, “Qarapapaq Fight Club & Promotion” və “Olimp Pro” şirkətlərinin təşkilatçılığı ilə 8 noyabr - Qələbə Gününə həsr olunmuş Qarapapaq peşəkar boks gecəsi keçirilib.

Bizim.Media xəbər verir ki, gecənin aparıcısı teleaparıcı və aktyor Şəhriyar Əbilov olub. Qonaqlar arasında tanınmış idmançılar, ictimaiyyət və gənclər təşkilatlarının nümayəndələri də olub.
 

Yarış müxtəlif çəki dərəcələrində 12 boksçu arasında keçirilib.


Qeyd edək ki, Qarapapaqlar Türkiyənin şimal-şərqində (Qars və İğdır), İranın şimal-qərbində, Gürcüstanda (Kvemo-Kartli) və Azərbaycanda (əsasən Qazax və Ağstafa rayonlarında) yaşayan azərbaycanlıların etnoqrafik qruplarından biridir.

“Qarapapaq” etnonimi hərfi mənada “qara papaqlar” və ya “qarabərk” (qara – qara, bərk – canavar) deməkdir.


"Qarapapaq" adı çox vaxt "tərəkəmə" adı ilə eyni mənada istifadə olunur. Onlar XIX əsrin ikinci rübünə qədər əsasən Qərbi Azərbaycan ərazisinin Ağrıdağ düzündən Göyçə gölü hövzəsinə qədər və Araz çayının qərbini əhatə edən İrəvan xanlığında yaşamışlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO