İtalyan azarkeşlər VAR sistemini parçaladılar

İtalyan azarkeşlər VAR sistemini parçaladılar

Hazırda oxunan: İtalyan azarkeşlər VAR sistemini parçaladılar

44269

Braziliya A Seriyasının “Qremio” – “Palmeyras” oyunda qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, görüşdən sonra “Qremio” fanatları hakimlikdən narazı qaldıqları üçün iğtişaşlar törədiblər.

Onların VAR (video köməkçi hakim) sisteminə də zərər vurublar. Azarkeşlər stadionun digər ləvazimatları ilə yanaşı, VAR aparatını da sıradan çıxarıblar.

Olaylara polis tərəfindən müdaxilə olunub. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

“Qremio” – “Palmeyras” oyunu qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb. Qarşılaşma zamanı “Qremio”nun bir qolu VAR-ın müdaxiləsi ilə ləğv edilib. Əvəzində “Palmeyras” məhz VAR hakimlərinin müdaxiləsindən sonra penalti qazanıb və bundan maksimum yararlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO