Millimizin dünya çempionatına qatılacaq HEYƏTİ

Millimizin dünya çempionatına qatılacaq HEYƏTİ

Hazırda oxunan: Millimizin dünya çempionatına qatılacaq HEYƏTİ

44249

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, mundialın son 3 günündə (5-7 noyabr) sərbəst güləşçilər mübarizə aparacaq.

Məsul yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və İslam İlyasov (97 kq) təmsil edəcək.

Qeyd edək ki, noyabrın 4-də bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək.

Növbəti gün Əliabbas, Zirəddin, Murad, Əşrəf və İlyas qüvvələrini sınayacaqlar. Ayın 6-da isə İntiqam, Turan, Abubakr və Osman mübarizəyə qoşulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO