İşğaldan azad olunan ərazilərdə ilk idman yarışı keçirilir - FOTO

İşğaldan azad olunan ərazilərdə ilk idman yarışı keçirilir - FOTO

Hazırda oxunan: İşğaldan azad olunan ərazilərdə ilk idman yarışı keçirilir - FOTO

44182

İşğaldan azad edilən ərazilərdə ilk dəfə olaraq idman yarışı təşkil edilib.

Bizim.Media xəbər verir ki, əlillər arasında qılıncoynatma üzrə yarışların yarımfinal və final mərhələsi bu gün Ağdamda keçiriləcək. Yarışlarda məhz Qarabağ qaziləri iştirak edir.

"Zəfər kuboku" adlanan yarış 8 Noyabr-Zəfər gününə həsr olunub.

Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə Bakıdan Ağdama gələn nümayəndə heyətinin üzvləri əvvəlcə Ağdam Cümə məscidində namaz qılıblar.

Dörd qazinin iştirak edəcəyi final oyunu İmarət stadionunda keçiriləcək.

Yarışın qaliblərinə 2024-cü ildə Fransada keçiriləcək Yay Paralimpiya oyunlarında iştirak etmək üçün hazırlaşmaq imkanı da yaradılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO