Üç boksçumuz 1/4 finala yüksəldi – Dünya çempionatında

Üç boksçumuz 1/4 finala yüksəldi – Dünya çempionatında

Hazırda oxunan: Üç boksçumuz 1/4 finala yüksəldi – Dünya çempionatında

44098

Azərbaycan boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, 71 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançı yaponiyalı rəqibi Yuta Akiyamaya 5:0 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.

Onun növbəti mərhələdəki rəqibi ABŞ təmsilçisi Obed Barti olacaq.

Beləliklə, bu gün rinqə çıxan Azərbaycanın 4 boksçusundan 3-ü 1/8 final səddini adlamağı bacarıb. 

Noyabrın 1-də daha 2 boksçu 1/4 finala vəsiqə uğrunda döyüşə çıxacaq. Məsud Yusifzadə (51 kq) puerto-rikolu Yankiel Rivera ilə, Mirşərif Kazımzadə (75 kq) özbəkistanlı Səidcəmşid Cəfərovla qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO