"Sumqayıt"dan doğma meydanda 3 xal - VİDEO

Hazırda oxunan: "Sumqayıt"dan doğma meydanda 3 xal - VİDEO

44082

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.

Bizim.Media-nın məlumatına görə, turun son oyununda "Sumqayıt" "Səbail"i qəbul edib.

"Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

6 oyundan sonra qələbə qazanan "Sumqayıt" xallarını 11-ə çatdıraraq, turnir cədvəlində 5-ci pilləyə yüksəlib. 9 xalı olan "Səbail" isə 6-cı sırada qərarlaşıb.

Turun digər görüşlərinə gəlincə, "Sabah" Qəbələdə eyniadlı komandanı məğlub edib - 3:1. İlk oyun günündə isə "Zirə" evdə "Keşlə"yə 2:0, "Qarabağ" isə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəlib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO