"Sabah" səfərdə "Qəbələ"ni məğlub etdi - VİDEO

Hazırda oxunan: "Sabah" səfərdə "Qəbələ"ni məğlub etdi - VİDEO

44074

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.

Bizim.Media-nın məlumatına görə, "Qəbələ" evdə "Sabah"la qarşılaşıb. 

Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu mövsüm ölkə çempionatında ardıcıl 2-ci qələbəsini qazanan "Sabah" 7 xalla sonuncu pillədə qalıb. 15 xalı olan "Qəbələ" isə 3-cü sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, ilk oyun günündə "Zirə" evdə "Keşlə"ni 2:0, "Qarabağ" isə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib. Tura bu gün keçiriləcək "Sumqayıt" - "Səbail" görüşü ilə yekun vurulacaq.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO