“Grand Swiss-2021”: 3 şahmatçımız 2-ci turda qələbə qazandı

“Grand Swiss-2021”: 3 şahmatçımız 2-ci turda qələbə qazandı

Hazırda oxunan: “Grand Swiss-2021”: 3 şahmatçımız 2-ci turda qələbə qazandı

43729

Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin ikinci turunun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, bu mərhələdə təmsilçilərimiz Vasif Durarbəyli Aydın Süleymanlı ilə üz-üzə gəliblər.

Qarşılaşma Vasif Durarbəylinin qələbəsi ilə başa çatıb. Digər şahmatçılarımız Rauf Məmmədov rusiyalı Mixail Antipov, Nicat Abasov latviyalı Nikita Meşkovsu məğlub ediblər. İki turdan sonra R.Məmmədov, N.Abasov, V.Durarbəylinin aktivində 1 xal var.

On bir turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO