Fərid Qayıbov: “Olimpiadada medal sayının az olmasının səbəbləri araşdırılır\

Fərid Qayıbov: “Olimpiadada medal sayının az olmasının səbəbləri araşdırılır\"

Hazırda oxunan: Fərid Qayıbov: “Olimpiadada medal sayının az olmasının səbəbləri araşdırılır\"

43628

“XXXII Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının az medal qazanmasının səbəbləri araşdırılır”. 

Bizim.Media xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.  

O federasiyalardan gözləntilərin olduğunu bildirib:  
 

MÖVZU İLƏ BAĞLI:

Yeni nazir idmançıların məşqini izlədi - VİDEO


“Biz bu barədə qlobal da danışa bilərik. Amma Oyunlardan əvvəl idmançılarımızdan, federasiyalardan hansı gözləntilərimizin olması da diqqətdə saxlanılmalıdır. Bu problemləri araşdıracağıq. Hazırda bir söz demək çətindir". 

Qayıbov Rio-2016 ilə müqayisədə Tokio-2020-də medal sayının az olma səbəbinin nədən qaynaqlandığına baxmağın gərəkliyini vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan idmançıları Tokio-2020-də 7, Rio-2016-da 18 medal qazanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO