Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu gün Olimpiya Güləş Mərkəzində mundialda iştirak edəcək yunan-Roma və qadın güləşi üzrə millilərimizin heyəti açıqlanıb.
Yunan-Roma güləşi üzrə millimiz 7 güləşçiylə DÇ-yə qatılacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Həsən Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (+130 kq) Serbiyada xalça üzərinə çıxacaq.
MÖVZU İLƏ BAĞLI:
Dünya çempionatına 15 cüdoçu ilə gedirik
Qadınlarımız məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun tapşırıqlarını icra edəcək. Heyətdə Şəhanə Nəzərova (50 kq), Tanya Varansova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) yer alıb.
Hazırda Dağıstanın Xasavyurt şəhərində təlim-məşq toplanışı keçən sərbəst güləş üzrə millimizin heyəti isə yaxın günlərdə açıqlanacaq.
Bizim.Media