Güləş üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrıldı 

Güləş üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrıldı 

Hazırda oxunan: Güləş üzrə Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrıldı 

43328

Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Aslan Ağayev yeni vəzifəyə təyin olunub. 

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, təcrübəli mütəxəssis bundan sonra Astara Olimpiya İdman Kompleksinin direktoru kimi fəaliyyətini davam etdirəcək. 

Məhz bu səbəbdən 2005-2016-cı illərdə sərbəst güləş üzrə yığmada məşqçi kimi işləyən, 2017-ci ildən isə qadınlardan ibarət komandaya rəhbərlik edən Ağayev millinin baş məşqçisi vəzifəsindən ayrılıb. 

Qeyd edək ki, qadın güləşçilər noyabrın 1-dən 7-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək U-23 dünya çempionatında millinin məşqçiləri Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında çıxış edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO