Konte “Mançester Yunayted”i çalışdıra bilər – Bir şərti var 

Konte “Mançester Yunayted”i çalışdıra bilər – Bir şərti var 

Hazırda oxunan: Konte “Mançester Yunayted”i çalışdıra bilər – Bir şərti var 

43251

İngiltərənin “Mançester Yunayted” klubu uğursuz nəticələrdən sonra baş məşqçi dəyişikliyinə hazırlaşır. 

Bizim.Media xəbər verir ki, “Qırmızı şeytanlar” Ole Qunner Sulşeri “İnter”i çalışdıran Antonio Konte ilə əvəzləməyi düşünür. 

Son olaraq, Premyer Liqada öz evində “Liverpul”a 0:5 hesablı məğlubiyyət norveçli baş məşqçi ilə yolların ayrılacağı barədə iddiaları gücləndirib. 

Heyətində Kriştiano Ronaldo, Ceydon Sanço və Rafael Varan kimi ulduz futbolçular olan “Mançester Yunayted”in ön pillələrdə olması gözlənilərkən, komanda “Maçester Siti”, “Liverpul” və “Çelsi”dən xeyli geri qalır. 

Kontenin isə bir şərtlə bu təklifi qəbul edəcəyi gözlənilir. Rəhbərlik ona heyətlə bağlı tam sərbəst qərar vermə səlahiyyəti tanımalıdır. 

Qeyd edək ki, Antonio Konte İngiltərədə “Çelsi”ni çempion etdikdən sonra rəhbərlik onun istədiyi futbolçunu transfer etmədiyi üçün problem yaşamışdı. Ardınca İtaliyanın “İnter” klubuna keçən mütəxəssis komandaya 11 il sonra çempionluq sevinci yaşadıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO