Ötən gün Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa Ekstraklasasının 12-ci turunda “Pyast”a böyük hesabla uduzub – 1:4.
Bizim.Media xəbər verir ki, klubun "Legia.net" portalı görüşlə bağlı paylaşım edib.
Komandanın azarkeşləri isə şərh bölməsində demək olar ki, yalnız həmyerlimiz Emreli barədə yazıblar. Sözügedən görüşdə 3 real qol vəziyyətində vurduğu topların dirəyə dəyməsi fanatları özündən çıxarıb.
Azarkeşlərin şərhlərinin bir çoxunda Mahirə "dirək" ləqəbi ilə müraciət olunub. Həmin fikirlərin bəzilərini təqdim edirik:
"Boş qapı önündə Emrelidən inanılmaz "dəqiqlik" görürük. 2 dəfə ard-arda qapı dirəyinə top vurur. Ayıbdır. Məğlub olmağa layiq deyilik, amma Mahir yenə də oyunu korladı. Bu adam açıq-aşkar oyuna qeyri-ciddi yanaşır".
- "İstənilən hücumçu bu şansı dəyərləndirərdi, Mahir isə bundan qorxdu".
- "Mahir, dostum, özünü ələ al. Bu gedişlə Avropaya çıxa bilməyəcəksən!"
- "Emreli məşqlərə gəlmir, Dariuş Mioduskinin (klub prezidenti) onu qoruduğunu bildiyi üçün həmişə kinayə ilə gülür. Özündən çox razıdır".
- "Mahirin bir çox keyfiyyəti var, tamamlama istisna olmaqla".
Xatırladaq ki, "Legiya" növbəti matçını Polşa Kuboku çərçivəsində səfərdə "Svit Skolvin" klubuna qarşı keçirəcək.
Bizim.Media
Proszę Państwa, Mahir Emreli ?#PIALEG pic.twitter.com/bNTQR17Fpw
— Ananasy z Ekstraklasy (@Ananasy_z_Essy) October 24, 2021