Xəbər verdiyimiz kimi, UEFA Avropa Konfrans Liqasının oktyabrın 21-də keçirilmiş “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) qarşılaşmasını Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Bizim.Media xəbər verir ki, referi köməkçisi Zeynal Zeynalovun oyunöncəsi COVID-19 testi pozitiv nəticələndiyi üçün dördüncü hakim funksiyası yerinə yetirməli olan Elçin Məsiyev qarşılaşmada yan xətt hakimi kimi fəaliyyət göstərib.
Bu barədə AFFA məlumat yayıb. Matçın dördüncü hakimi isə çexiyalı Yan Petrik olub.
Qeyd edək ki, Əliyar Ağayev, Akif Əmirəli və Elçin Məsiyev oktyabrın 23-də Bakıya dönəcək. Zeynal Zeynalov isə bir neçə gün Çexiyada karantin rejimində qalacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:16 / 22.10.2021
Azərbaycanlı hakimdə koronavirus aşkarlandı, Çexiyada saxlanıldı - FOTO
Hazırda oxunan: Azərbaycanlı hakimdə koronavirus aşkarlandı, Çexiyada saxlanıldı - FOTO
Hazırda oxunan: Azərbaycanlı hakimdə koronavirus aşkarlandı, Çexiyada saxlanıldı - FOTO
42791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.