“Kayrat” illər sonra Azərbaycanda -

“Kayrat” illər sonra Azərbaycanda - "Sarı-qaralar"ı Bakıda nə gözləyir? - PROQRAM

Hazırda oxunan: “Kayrat” illər sonra Azərbaycanda - "Sarı-qaralar"ı Bakıda nə gözləyir? - PROQRAM

42432

Qazaxıstan təmsilçisini gətirən təyyarə artıq bu dəqiqələrdə Heydər Əliyev adına Hava limanına eniş edir.

Qonşu ölkənin imkanlı klublarından sayılan “Kayrat” ilk olaraq məskunlaşmaq üçün Bakının ən dəbdəbəli otellərindən biri olan “Fairmont”a gedəcək. 

Bir qədər dincəldikdən sonra rəqibin baş məşqçisi Qurban Berdıyev saat 18.30-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandıracaq.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ” “Kayrat”la oyuna hansı itkilərlə çıxır? – Klub rəsmisindən AÇIQLAMA


Bundan yarım saat sonra “sarı-qaralar”ın matçöncəsi son məşqi start götürəcək.

Xatırladaq ki, “Kayrat” Azərbaycan azerkeşləri üçün çox tanış komandadır. Sovet dövründə Bakı klubu olan “Neftçı” ilə amansız rəqabətləri olub. Müstəqillik illərində isə Qazaxstan klubu Bakıya səfər etməyib. 

Xatırladaq ki, “Neftçi” ilə “Kayrat”ın son oyunu 2008-ci ildə Antaliyada baş tutub.

Sabah 20.45-də isə “Kayrat” üçün də doğma olan Tofiq Bəhramov adına stadionda onları “Qarabağ” komandası gözləyir. Ekspertlər 90 dəqiqəlik matçın çox maraqlı keçəcəyini söyləyirlər.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO