Elmar Qasımovdan Cüdo Federasiyasına AĞIR İTTİHAM: “O qədər pul oğurlayırlar...” 

Elmar Qasımovdan Cüdo Federasiyasına AĞIR İTTİHAM: “O qədər pul oğurlayırlar...” 

Hazırda oxunan: Elmar Qasımovdan Cüdo Federasiyasına AĞIR İTTİHAM: “O qədər pul oğurlayırlar...” 

42226

Azərbaycan cüdo millisinin üzvü Elmar Qasımov Cüdo Federasiyasından narazıdır.

Bizim.Media xəbər verir ki, idmançı rəhbərlik tərəfindən maaşlarının, mükafatlarının kəsildiyini iddia edib. 

Qasımov “Qafqazinfo”ya açıqlamasında əvvəlcə Olimpiadadan öncə yığmadan uzaqlaşdırılması ilə bağlı danışıb: 

“Yığmadan uzaqlaşdırılmaq məsələsini özüm də başa düşmədim. Dedilər ki, “Tik-tok”da çəkdiyim videolara görə belə addım atılıb. Onsuz da həmin vaxt yığmada deyildim, məşq eləmirdim. Ölkə xaricində istirahətə yollanmışdım. Olimpiadaya da aparılmırdım. Buna görə mənim maaşımı da kəsdilər, Olimpiadaya lisenziya qazandığıma görə veriləcək 5 min manat mükafatı da vermədilər. Kimin maaşını istəyirlər kəsirlər. Bəhanə gətirirlər ki, məşqə gecikmisən. 2017-ci ildə dünya çempionatında yer tutanda da eyni şeyi etmişdilər. Mükafatlarımızı 18 min manat az vermişdilər. Adamın həvəsi qalmır bu cür hadisələrdən sonra. 
 

Olimpiya ikincisi, dünya və Avropa çempionatlarının mükafatçısıyam, amma 800 manat maaş alıram, bu da ancaq yol pulu edir. Deyə bilmərəm ki, maaşı kəsməklə hamıya haqsızlıq edirlər, amma haqsızlığa uğrayan çox adam var. Rəhbərlik də ürəyi nə istəyir onu edir”. 


Elmar Qasımov “Cüdoda bundan sonra yeni dönəm başlaya bilər” sualına isə belə cavab verib: 

“Rəhbərlikdə elə adamlar var ki, onlarla mümkün deyil. İdmançıda məşq etmək üçün həvəs saxlamırlar. O qədər pul oğurlayırlar, amma bizə gələndə maaşı, mükafatı kəsirlər. Üstəlik, Beynəlxalq Cüdo Federasiyasına məktub yazıblar ki, bu problemli idmançıdır, 4 il oradan da 800 manat almalı idim, amma imkan vermədilər. Medal qazananda isə öz adlarına çıxarırlar ki, belə işlədik, dəstək olduq, medal qazandıq. Əslində isə əziyyət çəkən bizik. Federasiyanın vitse-prezidenti Sadıq Sadıqova narazılıq etməsəm də, məşqçilərə demişəm ki, 13 min manatımı kəsiblər, bunun səbəbini izah edə bilərlər? 
 

İndi də Sadıq Sadıqov, baş məşqçi Mövlud Mirəliyev və başqaları deyir ki, gəl məşqə, özünü sübut et. Mən özümü kimə sübut edim?


Yetərincə mükafatlarım, uğurlarım var. Sonra baş məşqçi Mövlud Mirəliyev bildirdi ki, 2000 manat maaş olacaq, amma ay sonu yenidən 800 manat verdilər. Mən də “sağ olun” deyib çıxdım. İndi məşq də eləmirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO