“Trabzonspor” doğma meydanda “Fənərbağça”nı məğlub etdi - FOTO

“Trabzonspor” doğma meydanda “Fənərbağça”nı məğlub etdi - FOTO

Hazırda oxunan: “Trabzonspor” doğma meydanda “Fənərbağça”nı məğlub etdi - FOTO

42040

Futbol üzrə Türkiyə çempionatının IX turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor” doğma meydanda “Fənərbağça”nı qəbul edib.

Bizim.Media xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 3-cü dəqiqədə qonaqların hücumçusu Dieqo Rossi açıb.

Lakin meydan sahiblərinin futbolçusu Anastasios Bakasetas 25-ci dəqiqədə hesabı bərabərləşdirib.

Matçın 87-ci dəqiqəsində A.Bakasetas komandasının və özünün ikinci qolunu vurub. Bundan dörd dəqiqə sonra Trabzon təmsilçisinin hücumçusu Yusuf Sari hesab arasındakı fərqi artırıb.

Beləliklə, "Trabzonspor" doğma meydanda "Fənərbağça"nı 3:1 hesabı ilə məğlub edib.

Günün digər oyunlarında "Qalatasaray" öz meydanında "Konyaspor"u minimal hesabla məğlub edib - 1:0. "Fatih Karagümrük" isə səfərdə "Altay"ı 1:0 hesabı ilə üstələyib. "Göztəpə" də rəqib meydanda "Kasımpaşa"nı 2:1 hesabı ilə udub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 21 xalla "Trabzonspor" başçılıq edir. Ondan iki xal geri qalan "Fənərbağça" ikinci, 17 xal toplayan "Beşiktaş" isə üçüncü pillədə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO