Xorvatiyanın Dubrovnik şəhərində start götürən cüdo üzrə Avropa kuboku yarışını Azərbaycan komandası 2 medalla başa vurub.
Bizim.Media xəbər verir ki, cüdoçularımızdan 90 kiloqram çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov yalnız həlledici final görüşündə məğlub olub və nüfuzlu turnirin gümüş medalına sahib olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Məhərrəm İmamverdiyev (81 kq) isə yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, Avropa kuboku yarışında Azərbaycanı kişilərdən ibarət milli komandamız təmsil edib. Azərbaycanın 11 cüdoçu ilə qatıldığı mötəbər yarışda 26 ölkədən 300-ə yaxın cüdoçu mübarizə aparıb.
Bizim.Media