Futbolçulardan hər görüşdən öncə COVİD testi götürülürmü? – RƏSMİ AÇIQLAMA

Futbolçulardan hər görüşdən öncə COVİD testi götürülürmü? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Futbolçulardan hər görüşdən öncə COVİD testi götürülürmü? – RƏSMİ AÇIQLAMA

41617

Koronavirus pandemiyasının təsirlərini ən ağır formada keçirən sahələrdən biri də idman sektorudur. Təkcə ölkəmizdə yox, bütün dünyada virusun yayılmasının qarşısını almaq məqsədi ilə bir sıra idman yarışları təxirə salındı, bəzilərinin isə keçirilmə qaydaları dəyişdirildi.
İdmanın şahı hesab olunan futbol isə, pandemiyanın zərərlərini bəlkə də, ən ağır formada hiss edən sahə oldu. COVİD-in dünyanı cənginə aldığı ilk aylarda bir sıra çempionatlarda böyük fasilələr yarandı. Daha sonra isə, əksər maçlar azarkeşsiz oynanılmağa başladı. 

Lakin 1 ildən çox davam edən bu çətin dövrü artıq arxada qalmış hesab edə bilərik. Buna baxmayaraq bəzi prventiv tədbirlər hələ də öz aktuallığını qorumaqdadır. Bunlardan ən önəmlisi isə, oyunçuların meydana çıxmazdan öncə koronavirus testindən keçirilməsidir. 

Bəs, sözügedən məsələyə Azərbaycanda nə qədər diqqət yetirilir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan AFFA-nın mətbuat katibi Firuz Qarayev futbolçuların hər görüşdən əvvəl koronavirus testinin alındığını bildirib. 

Bundan əlavə, AFFA nümayəndəsi COVİD testinin müsbət çıxması hallarından da danışıb:

“Klublarda yalnız kütləvi yoluxma halı aşkar edildikdə görüşlər təxirə salına bilər. Bununla bağlı konkret protokol hazırlanıb. Təbii ki, bir futbolçunun yoluxması durumunda, oyunçu karantinə alınır, lakin oyun təşkil olunur. Görüşün təxirə salınması üçün yalnız kütləvi yolxuma halı qeydə alınmalıdır”.

Qeyd edək ki, ötən ilin dekabrında Premyer Liqanın təşkil olunma protokuluna edilən əlavələrə əsasən, hər hansı klubun 7 və ya daha artıq futbolçusunun virus testi pozitiv çıxarsa, həmin komandanın görüşü təxirə salınır. Futbolçular isə, 14 günlük karantinə yollanır.

2 həftə tamam olduqdan sonra oyunçulardan yenidən test götürülür və nəticəsi neqativ çıxmış futbolçular yenidən məşqlərə və oyunlara qatılmaq imkanı əldə edir. 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının bu ilki mövsümünün ilk 6 turunda keçirilməsi nəzərdə tutulan heç bir görüş kütləvi yoluxma səbəbindən təxirə salınmayıb.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO