UEFA

UEFA "Qarabağ"ın müraciətini müsbət cavablandırdı

Hazırda oxunan: UEFA "Qarabağ"ın müraciətini müsbət cavablandırdı

41445
 UEFA "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarının keçiriləcəyi stadionun dəyişdirilməsi ilə bağlı müraciətini müsbət cavablandırıb. 

Bu barədə "Report"un sorğusuna cavab olaraq UEFA-nın Mətbuat xidmətindən deyilib. 

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını keçirəcəyi məkanın dəyişdirilməsi ilə bağlı göndərdiyi sorğuya baxılıb. Klubun bu mərhələdəki ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib", - UEFA-dan bildirilib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ev oyunlarını sentyabrın 27-də İtaliyanın "Roma", oktyabrın 18-də İspaniyanın "Atletiko", noyabrın 22-də isə İngiltərənin "Çelsi" komandalarına qarşı keçirəcək.

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO