Şahruddin ilk

Şahruddin ilk "3-lük"də yer aldı - STATİSTİKA 

Hazırda oxunan: Şahruddin ilk "3-lük"də yer aldı - STATİSTİKA 

41377

UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin VIII turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb. 

Bizim.Media-nın məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb. 

27 yaşlı qolkiper meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb.

San Marinodan Elia Benedettini 44 "seyv"lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel (43) ikinci sıradadır. 

Qeyd edək ki, Azərbaycan son olaraq Belqraddakı "Rayko Mitiç" stadionunda Serbiyaya 1:3 hesabı ilə uduzub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO