Cüdoçularımızın qatılacağı Böyük Dəbilqə turnirinin vaxtı və yeri açıqlandı

Cüdoçularımızın qatılacağı Böyük Dəbilqə turnirinin vaxtı və yeri açıqlandı

Hazırda oxunan: Cüdoçularımızın qatılacağı Böyük Dəbilqə turnirinin vaxtı və yeri açıqlandı

4137

Cüdo üzrə Böyük Dəbilqə turniri 2021-ci ildə İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Cüdo Federasiyasının prezidenti Moşe Ponte “The Jerusalim Post” nəşrinə müsahibəsində deyib.

O, Beynəlxalq Cüdo Federasiyasının (IJF) turniri İsrailə həvalə etdiyini bildirib. Ponte gələn ilin fevralında baş tutacaq və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışda dünyanın adlı-sanlı idmançılarının qüvvəsini sınayacağını bildirib.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı "Report"a açıqlamasında yerli cüdoçuların da Böyük Dəbilqə turnirində iştirakının planlaşdırıldığını söyləyib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən təxirə salınmış Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO