Azərbaycan millisinin daha bir futbolçusu Serbiyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyununu buraxacaq.
Bizim.Media-nın məlumatına görə, baş məşqçi Canni De Byazi "Qəbələ" klubundan yığmaya cəlb edilən Rövlan Muradovu "23-lüy"ə daxil etməyib.
Bundan əlavə, ilk koronavirus testi müsbət çıxmış Mahir Emreli və Bakıda zədələndikdən sonra düşərgədən ayrılan Bəhlul Mustafazadə komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. (Report)
Bizim.Media
- A-
- A
- A+
İdman
14:36 / 12.10.2021
Daha bir futbolçu millinin heyətindən ÇIXARILDI
Hazırda oxunan: Daha bir futbolçu millinin heyətindən ÇIXARILDI
Hazırda oxunan: Daha bir futbolçu millinin heyətindən ÇIXARILDI
41270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.