DÇ-2022: Seçmə mərhələdə daha 14 oyun

DÇ-2022: Seçmə mərhələdə daha 14 oyun

Hazırda oxunan: DÇ-2022: Seçmə mərhələdə daha 14 oyun

40829

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII turun digər qarşılaşmaları keçiriləcək. 

Bizim.Media-nın məlumatına görə, ikinci oyun günündə 6 qrupda 14 matç oynanılacaq. 

A qrupunda Azərbaycan millisi İrlandiyanı, Lüksemburq isə Serbiyanı qəbul edəcək. Qrupdakı Portuqaliya yığması isə yoldaşlıq görüşündə Qətərlə üz-üzə gələcək. 

B qrupunda Kosovo İsveçin, Yunanıstan isə Gürcüstanın qonağı olacaq. I qrupunun lideri İngiltərə Andorranı sınağa çəkəcək. Qrupda həmçinin Macarıstan - Albaniya və Polşa - San Marino oyunları da gerçəkləşəcək. 

DÇ-2022, seçmə mərhələ, VII tur 

9 oktyabr 

A qrupu - 20:00. Azərbaycan – İrlandiya // 22:45. Lüksemburq - Serbiya 

B qrupu - 20:00. İsveç – Kosova // 20:00 Gürcüstan - Yunanıstan 

C qrupu - 17:00. Litva – Bolqarıstan // 22:45. İsveçrə - Şimali İrlandiya 

D qrupu - 17:00. Qazaxıstan - Bosniya və Herseqovina // 20:00. Finlandiya - Ukrayna 

F qrupu - 20:00. Şotlandiya – İsrail // 22:45. Farer adaları – Avstriya // 22:45. Moldova-Danimarka 

I qrupu - 22:45. Macarıstan – Albaniya // 22:45. Polşa - San Marino // 22:45. Andorra - İngiltərə 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO