Argentinadan heç-heçə, Braziliyadan qələbə - VİDEO 

Argentinadan heç-heçə, Braziliyadan qələbə - VİDEO 

Hazırda oxunan: Argentinadan heç-heçə, Braziliyadan qələbə - VİDEO 

40661

Argentina millisi 2022-ci dünya çempionatının seçmə mərhələsinin XI turunda Paraqvayın qonağı olub. 

Bizim.Media-nın məlumatına görə, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. 

Argentinalı ulduz futbolçu Lionel Messi oyuna start heyətdə başlayıb və sonadək meydanda olub. 

Bu nəticədən sonra ikiqat dünya çempionu 19 xalla ikinci, meydan sahibləri isə 12 xalla altıncı pillədə qərarlaşıb. 

Günün digər görüşündə Braziliya Venesuela ilə üz-üzə gəlib. "Sambaçılar" səfərdə rəqibini 3:1 hesabı ilə üstələyib. Keçirdiyi 9 oyunun hamısında qələbə qazanan 5 qat dünya çempionu 27 xalla liderdir. Venesuela isə 4 xalla sonuncu - 10-cu sırada yer alıb. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO