Azərbaycanın üç yunan-Roma güləşçisi Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinala yüksəlib.
Bizim.Media-nın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli ardıcıl olaraq Koriun Sahradian (Ukrayna) və Sardarbek Konuşbayevi (Qırğızıstan) məğlub edib.
O, finala gedən yolda Ken Matsui (Yaponiya) ilə üz-üzə gələcək.
77 kq çəkidəki Sənan Süleymanov Kayratbek Tuqolbayev (Qırğızıstan), Daler Rzazadə (Tacikistan) və Roland Şvartsa (Almaniya) qalib gəlib. O, yarımfinalda Timur Berdıyev (Belarus) ilə görüşəcək.
Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 82 kq çəkidəki Rafiq Hüseynov isə Ranet Kaljola (Estoniya), Kalidin Asikayev (Qırğızıstan) və Aleks Kessidisə (İsveç) qalib gələrək adını yarımfinala yazdırıb və Adlan Akiyevə (Rusiya) rəqib olub.
O, dünya ikincisi Kessidislə görüşdə 0:6 hesabıyla geridə olsa da, ikinci hissədə geridönüş edərək 7:6 hesabıyla qalib gəlib.
Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.
Bizim.Media
- A-
- A
- A+
İdman
16:46 / 07.10.2021
3 güləşçimiz dünya çempionatında yarımfinala YÜKSƏLDİ
Hazırda oxunan: 3 güləşçimiz dünya çempionatında yarımfinala YÜKSƏLDİ
Hazırda oxunan: 3 güləşçimiz dünya çempionatında yarımfinala YÜKSƏLDİ
0:00
0:00
40589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.