“Real Madrid” La Liqada cari mövsümdə ilk dəfə uduzdu - VİDEO

“Real Madrid” La Liqada cari mövsümdə ilk dəfə uduzdu - VİDEO

Hazırda oxunan: “Real Madrid” La Liqada cari mövsümdə ilk dəfə uduzdu - VİDEO

39956

Oktyabrın 3-də futbol üzrə İspaniya La Liqasının 8-ci turunun növbəti oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, “Kornelya” stadionunda keçirilən görüşdə “Espanyol” klubu “Real Madrid” komandasını qəbul edib.

Gərgin keçən görüş gözlənilmədən meydan sahiblərinin xeyrinə başa çatıb - 2:1.

“Espanyol”un heyətində Raul de Tomas (17), Aleix Vidal (60), “Real Madrid”də isə Kərim Benzema (71) fərqləniblər.

Qələbə sayəsində xallarının sayını 9-a çatdıran "Espanyol" onuncu pilləyə yüksəlib. "Real Madrid" məğlub olmağına baxmayaraq, 17 xalla La Liqanın lideridir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO