Güləşçimiz yarımfinala yüksəldi

Güləşçimiz yarımfinala yüksəldi

Hazırda oxunan: Güləşçimiz yarımfinala yüksəldi

39838

Azərbaycanın 3 sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Bizim.Media xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən Abubakr Abakarov ardıcıl olaraq Ahmed Dudarov (Almaniya), Məhəmməd Əliyev (Ukrayna) və Sandro Aminaşviliyə (Gürcüstan) qalib gələrək yarımfinala yüksəlib.

74 kq-da yarışan Coşqun Əzimov 1/16 final mərhələsində Mathayo Mahabilanı (Keniya) yensə də, Azamat Nurikovla (Belarus) bacarmayıb. Nurikov finala çıxsa, Əzimov sabah təsəlliverici görüşlərə qatılacaq.

Kənan Heybətov (61 kq) ilk görüşündə Yaroslav Xurskiyə (Ukrayna) uduzub. Onun rəqibi növbəti raundda məğlub olduğu üçün Heybətov mübarizəni dayandırıb.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO