Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun görüşləri keçirilir.
Bizim.Media xəbər verir ki, bu turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb.
Birinci, üçüncü və dördüncü partiyalarda heç-heçə edən Rəcəbov ikinci qarşılaşmada rəqibini mat edərək, 2,5:1,5 hesablı qələbə qazanıb.
Məmmədyarov isə startda uğursuzluqla üzləşsə də, bir məğlubiyyət və bir heç-heçədən sonra üçüncü görüşdə qələbə sayəsində hesabı bərabərləşdirib. Lakin dördüncü partiyada da Artemyevlə bacarmayan 36 yaşlı qrossmeyster yekunda məğlub olub - 1,5:2,5.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:15 / 29.09.2021
Rəcəbov Aronyana qalib gəldi, Məmmədyarov uduzdu
Hazırda oxunan: Rəcəbov Aronyana qalib gəldi, Məmmədyarov uduzdu
Hazırda oxunan: Rəcəbov Aronyana qalib gəldi, Məmmədyarov uduzdu
39415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.