Qurban Qurbanov:

Qurban Qurbanov: "Qələbə qazanmaq üçün daha çox hücumda oynayacağıq"

Hazırda oxunan: Qurban Qurbanov: "Qələbə qazanmaq üçün daha çox hücumda oynayacağıq"

39412

"Son vaxtlar bu ölkəyə tez-tez gəlirik. Qarşılaşdığımız hər komandanın öz oyun fəlsəfəsi var. "Omoniya" həmin rəqiblərdən bir az fərqlidir". 

Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə "Omoniya"ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib. 

49 yaşlı mütəxəssis bildirib ki, sabah meydanda daha çox düşünmək lazım olacaq. Bu komandaya qarşı həm ehtiyatlı olmalı, həm də 90 dəqiqə ərzində rəqibi nəzarətdə saxlamalıyıq". 

Təcrübəli baş məşqçinin sözlərinə görə, "Omoniya" öz oyun dəsti-xətti ilə seçilən komandadır:

"Oyun ərzində bunu meydanda göstərməyə çalışırlar. Qarşımızda baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bilən bir kollektiv var. Komanda oyununa üstünlük verən rəqibə qarşı mübarizə aparacağıq. Bu, "Omoniya"nın ən üstün tərəflərindən biridir. Heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var". 

Qurbanov qələbə qazanmaq üçün daha çox hücumda oynayacaqlarını vurğulayıb:

"Amma rəqib oyun sistemini dəyişməklə bizə sürpriz edə bilər. Çünki Qazaxıstan "Kayrat"ına qarşı bunu etmişdilər. Rəqibi xeyli analiz etmişik. Əsas oyunçularımızın diqqətli olması və ruhdan düşməməsidir". 

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq "Omoniya" – "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO