70 illiklə bağlı yoldaşlıq görüşü keçirildi - FOTO

70 illiklə bağlı yoldaşlıq görüşü keçirildi - FOTO

Hazırda oxunan: 70 illiklə bağlı yoldaşlıq görüşü keçirildi - FOTO

39399

Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) və Futbol Veteranları İttifaqının (FVİ) yığma komandaları Tofiq Bəhramov adına Respublika stadionunun 70 illik yubileyi münasibətilə yoldaşlıq görüşündə üz-üzə gəliblər.

Bizim.Media xəbər verir ki, AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov tədbirin Vətən müharibəsinin ildönümü günlərinə təsadüf etməsinin rəmzi anlamından danışıb. O bildirib ki, Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan haqq savaşı nəticəsində torpaqlarımız işğaldan azad olunub.
 

MÖVU İLƏ BAĞLI:

“Qarabağ”ı Kiprdə TƏXRİBAT gözləyir? - “Qorunmaq üçün ehtiyat tədbirləri görmüşük”


E.Məmmədov qeyd edib ki, "O "Qarabağ" ki 8 ildir avrokubokların qrup mərhələsində çıxış edir. O "Qarabağ" ki hazırda ev oyunlarını bu arenada keçirir, azarkeşləri möhtəşəm qələbələri ilə sevindirir. Bu stadion həm də "Neftçi"nin qələbələrinə ev sahibliyi edib.

Elə bugünkü yoldaşlıq görüşündə də əksəriyyəti "Qarabağ" və "Neftçi"nin veteran futbolçularından ibarət heyət iştirak edir. Fürstədən istifadə edərək. onlara belə bir unudulmaz görüşün keçirilməsinə razılıq verdikləri üçün təşəkkürümüzü bildiririk".

Daha sonra təbrik üçün söz Gənclər və İdman Nazirliyinin Futbol sektorunun müdiri Fikrət Hüseynova verilib. O, Respublika stadionunu 70 illik yubileyi münasibətilə təbrik edərək, daha böyük nailiyyətlər arzulayıb.

Veteran futbolçular adından çıxış edən Maşallah Əhmədov isə Respublika stadionunda unudulmaz qələbələr qazandıqlarını və yenə bu arenanın diqqət mərkəzində olduğunu vurğulayıb. O, veteran futbolçuların imzaladığı topu stadion direktoru Şamil Quliyevə hədiyyə edib.
 

AİJF prezidenti, əməkdar jurnalist Qabil Mehdiyev də Respublika stadionunu təbrik edib. Q.Mehdiyev jurnalistlərin beynəlxalq arenada da Azərbaycanı həvəskar futbolçu kimi təmsil etdiklərini vurğulayıb: "Bu yaxınlarda Gürcüstanın paytaxtı Tbilisidə Kote Maxaradzenin xatirəsinə həsr olunmuş II Beynəlxalq turnir keçiriləcək. Bizim yığma komandamız ölkəmizi həmin turnirdə təmsil edəcək".


Daha sonra AİJF prezidenti Azərbaycanda idmanın inkişafına verdiyi töhfəyə görə və 70 illik yubileyi münasibətilə xatirə diplomu təqdim edib.

Ş.Quliyev deyib ki, stadionda futbol veteranlarının böyük xatirələri var: "Vaxtilə peşəkar futbolçu kimi bu stadionda dəfələrlə oyun keçiriblər və xalqımıza qələbə sevinci yaşadıblar".  

Bundan sonra komandalar meydana daxil olublar. Oyun Vətən müharibəsi qazisi, baş leytenant Anar Əhmədov və I Qarabağ müharibəsinin iştirakçısı, veteran futbolçu Novruz Əzimovun topa ilk toxunuşu etməsi ilə başlayıb. Görüş FVİ-nin 6:4 hesablı qələbəsi ilə ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO