“Arıq Kirpdəyik. “Omoniya” – “Qarabağ” oyunu öncəsi əhaval-ruhəyyəmiz yaxşıdır”.
Bunu Bizim.Media-ya “Qarabağ” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.
Xatırladaq ki, sabah Kiprdə UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda "Omoniya" – "Qarabağ" matçı keçiriləcək. Nikosiyadakı GSP stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Gündüz Abbaszadənin sözlərinə görə, klubun beş futbolçusu zədəli olduğu üçün Kiprə getməyib:
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ"ın rəqibində növbəti PROBLEM
“Onlardan ikisi gənclər – Amin Ramazaov və Zamiq Əliyevdir. Digərləri isə Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Xayme Romeodur. İsmayıl İbrahimli də zədələnib, bu matçda komandaya kömək edə bilməyəcək”.
Gündüz Abbaszadə Kiprdə ötən səfərlərdə olduğu kimi kluba qarşı hər hansı təxribatın olmayacağına ümid etdiyini deyib:
“Fərqli komandadır, fərqli azarkeşlərdir, fərqli yanaşmadır. Daha əvvəl qarşılaşmasaq da, iki klub arasında münasibətlərin normal olduğunu deyə bilərik. Bununla belə, ehtiyat tədbirləri görmüşük ki, hər hansı təxribat olarsa qarşısı alınsın”.
“Qarabağ”-ın sözcüsü bildirib ki, oyunu təxminən13-15 min “Omoniya” azarkeşinin izləyəcəyi gözlənilir:
“Yeri gəlmişkən, Nikosiyada ən çox azarkeşi olan klub məhz “Omoniya”dır”.
Xatırladaq ki, ötən ay Kiprdə keçirilən AEL – “Qarabağ” matçının sonunda azarkeşlərdən biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər etdiyi üçün qalmaqal yaşanmışdı.
Eləcə də bu görüşdən əvvəl Kiprdəki Erməni Milli Komitəsi tarixi faktların təhrif oldunduğu və saxta məlumatların yer aldığı bəyanat yaymışdı.
Xatirə Nəsirli, Bizim.Media