Qadın qılıncoynadanlarımız bir gümüş və bir bürünc medal qazandılar - FOTO 

Qadın qılıncoynadanlarımız bir gümüş və bir bürünc medal qazandılar - FOTO 

Hazırda oxunan: Qadın qılıncoynadanlarımız bir gümüş və bir bürünc medal qazandılar - FOTO 

39007

Azərbaycan Qılıncoynatma Federasiyasının qadın sablyaçılardan ibarət milli komandasının üzvləri Bolqarıstanın Plovdiv şəhərində keçirilən “Satellite” turnirində bir gümüş və bir bürünc medal qazanıblar.

Bizim.Media xəbər verir ki, qrup mərhələsini uğurla adlayan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova pley-off-a yüksəliblər.
 

İlk pley-off görüşündə Aylin Çakırı (Türkiyə) 15:10 hesabı ilə məğlub edən V.Bolşakova ardınca Belçika təmsilçisi Kortyen Saartje üzərində 15:9 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.


Bu mərhələdə Bolqarıstan sablyaçısı Olqa Hramovaya 15:5 hesabı ilə qalib gələn Bolşakova finalda digər bolqar idmançı Yoana İlievaya 12:15 hesabı ilə uduzaraq gümüş medal qazanıb.

Səkkizdəbir finalda Emma Neikova (Bolqarıstan) üzərində 15:9 hesablı qələbə qazanan Səbinə Kərimova ardınca İrina Şçuklanı (Türkiyə) 15:13 hesabı ilə məğlub edib.

Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən S.Kərimova finalın bir addımlığında turnirin qalibi Yoana İlievaya 14:15 hesabı ilə uduzub.

Pley-off-da keçirdiyi ilk görüşdə türkiyəli sablyaçı Kaya Tugceni 15:10 hesabı ilə məğlub edən Sevil Bünyatova səkkizdəbir finalda İrina Şçuklaya 11:15 hesabı ilə uduzub.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO