Daha bir cüdoçumuz Xorvatiyada qızıl medal qazandı

Daha bir cüdoçumuz Xorvatiyada qızıl medal qazandı

Hazırda oxunan: Daha bir cüdoçumuz Xorvatiyada qızıl medal qazandı

38819

Xorvatiyanın paytxatı Zaqrebdə cüdo üzrə Qran Pri yarışları davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycanın daha bir cüdoçusu yarışda qızıl medal qazanıb.

90 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev finalda Gürcüstan təmsilçisi Luka Maisuradze ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Mehdiyev qızıl medal qazanıb.

Beləliklə, iki cüdoçu ilə yarışa qatılan Azərbaycanın hər iki təmsilçisi Zaqreb Qran Prisində qızıl medal qazanıb.

Daha əvvəl Hidayət Heydərov (73 kq) hamıdan güclü olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO