Maykl Jordanın oğlu həbs edildi – SƏBƏB

Maykl Jordanın oğlu həbs edildi – SƏBƏB

Hazırda oxunan: Maykl Jordanın oğlu həbs edildi – SƏBƏB

38804

Amerikalı basketbolçu Maykl Jordanın oğlu Jeffri xəstəxana işçilərinə edilən hücumdan sonra ABŞ-ın Arizona ştatında saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı yerli ABC15 telekanalı polisə istinadən yayıb.

Mənbə yazır ki, hadisə Skottsdale şəhərində baş verib.

Telekanalın verdiyi məlumata görə, keçmiş basketbolçu Jeffri Jordanın “Casa Amigos” klubunda ayağı sürüşüb, başının arxası masaya dəyib.

Onun qanı axmağa başlayıb və yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. İddiaya görə, 32 yaşlı Jordan müalicə olunarkən xəstəxana işçilərinə hücum edib.

Məşhur basketbolçunun oğlu ağır hücum ittihamı ilə saxlanılaraq şəhər həbsxanasına göndərilib. Bir saatdan az sonra isə sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO