Azərbaycan cüdoçusu Xorvatiya Qran-prisində finala çıxdı

Azərbaycan cüdoçusu Xorvatiya Qran-prisində finala çıxdı

Hazırda oxunan: Azərbaycan cüdoçusu Xorvatiya Qran-prisində finala çıxdı

38799

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə bu gün Azərbaycanın son cüdoçusu mübarizəyə qoşulub.

Bizim.Media xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev mübarizəyə 1/8 final mərhələsindən başlayıb.

Onun rəqibi polşalı Sebastyan Oldak olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan cüdoçusu yarımfinala yüksəldi


Rəqibinə qalib gələn Mehdiyev növbəti mərhələdə Avstriyanı təmsil edən Vaxid Borçiaşvili ilə qarşılaşıb. Bu dəfə də qələbə qazanan 28 yaşlı idmançı yarımfinalda rusiyalı Xusen Xalmurzayevlə üz-üzə gəlib.

Mehdiyev ipponla qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi gürcüstanlı Lika Maysuradze olacaq.

Qeyd edək ki, ötən gün Hidayət Heydərov 73 kq çəkidə qızıl medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO