Şahmatçılarımız birinci turda məğlub oldu

Şahmatçılarımız birinci turda məğlub oldu

Hazırda oxunan: Şahmatçılarımız birinci turda məğlub oldu

38741

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin birinci turunun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, yarışda Azərbaycanı qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.

Birinci turda Ş.Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. Qarşılaşma şahmatçımızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

T.Rəcəbov isə Vladislav Artemyevlə mübarizə aparıb. Dörd partiyanın hamısı bərabərliklə başa çatdığı üçün tay-breyk oynanılıb.

Teymur Rəcəbov burada rəqibinə 0,5:1,5 hesabla məğlub olub.

Qeyd edək ki, hər matçda dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO