Azərbaycan Premyer Liqasında V tur start götürür – 2 oyunla

Azərbaycan Premyer Liqasında V tur start götürür – 2 oyunla

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında V tur start götürür – 2 oyunla

38611

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Bizim.Media-nın məlumatına görə, ilk oyun gününün hər iki qarşılaşması Bakıda keçiriləcək. 

Günün ilk matçında 10 xalla zirvəyə şərik olan "Qarabağ" xalsız və son pillədə yer alan "Keşlə"nin qonağı olacaq.

"ASK Arena"dakı matçı gənc referi Fərid Hacıyev idarə edəcək. Oyun saat 17:00-da start götürəcək.

Günün son oyunu "Səbail" və "Zirə" komandaları arasında gerçəkləşəcək. "ASCO Arena"dakı matçın baş hakimi Kamal Umudlu olacaq. Bu qarşılaşmanın start fiti 19:15-də çalınacaq.
 

Bunadək baş tutmuş 15 qarşılaşmanın 8-i qonaqların, 3-ü meydan sahiblərinin xeyrinə başa çatıb, 4 görüş bərabərliklə yekunlaşıb. "Zirə"nin vurduğu 19 qola "Səbail" 8 topla cavab verib.


“Zirə” son 6 qarşılaşmada uduzmayıb. “Səbail” isə son 3 görüşdə qol vurmayıb.

Qeyd edək ki, tura sentyabrın 26-da oynanılacaq "Sabah" - "Neftçi" və "Sumqayıt" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO