Ölkəmiz ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq

Ölkəmiz ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq

Hazırda oxunan: Ölkəmiz ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq

38607

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyasından məlumat verilib.

“TotalEnergies BWF World Championships 2021”ə vəsiqə qazanmış badmintonçuların siyahısında 23 yaşlı idmançının da adı var.

Dviçayo kişi badmintonçuların şəxsi yarışında 64 idmançı arasında 45-ci olaraq dünya çempionatına lisenziya əldə edib.

O, Azərbaycanı nüfuzlu yarışda təmsil edən ilk badmintoçu olacaq.

Qeyd edək ki, dünya çempionatı bu il 12 - 19 dekabrda təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO