Tura

Tura "Qarabağ"ın oyunu ilə yekun vurulacaq

Hazırda oxunan: Tura "Qarabağ"ın oyunu ilə yekun vurulacaq

37726

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq. 

Bizim.Media-nın məlumatına görə, turun son oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq. 

Hazırda Ağdam klubu 7 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Rəqibindən 1 xal az toplayan "gənclik şəhəri" təmsilçisi isə 4-cü sırada yer alıb.  

“Sumqayıt” 5 oyundur rəqibinə qalib gələ bilmir. “Qarabağ” isə son 11 ev matçında qələbə qazanıb. 

Qeyd edək ki, IV turun ilk oyun günündə "Qəbələ" evdə "Səbail"i 5:0 hesabı ilə darmadağın edib, "Zirə" "Sabah"la sülh bağlayıb - 1:1. Ötən gün baş tutan matçda isə "Neftçi" "Keşlə"nin qapısından 3 cavabsız top keçirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO