"Hər dəfə uduzandan sonra nəsə danışmaq çətindir. Belə start gözləmirdik. Tamam fərqli ssenari gözləyirdik. Bəlkə məşqlər bizi aldatdı, bəlkə də transferlər yaxşı olmadı. Omar Qudiabi və Aldair Neto nəinki gözləntilərimizi qarşılamır, öz qapımıza qol vururlar.
Buna görə özümü günahlandırıram. Bəlkə də o pula daha yaxşı oyunçular almaq olardı. Getmək asandır. Hər dəfə gözləyirsən ki, bəlkə düzələr. Rəqib "Neftçi" olsa da, məğlubiyyət pis təsir edir. Qol imkanlarından itifadə edə bilmirik. Üzərimizdə təzyiq var".
Bizim.Media xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis istefa məsələsinin gündəmdə olduğunu gizlətməyib: "Ölkə kuboku təsadüfən qazanıldı" deyənlər sonradan heç nə yazmadılar. Hər məğlubiyyətdən sonra çamadan bir az da dolur, götürüb getməyə hazırlaşırsan.
Bəzən həqiqəti yazırlar, bəzən də atmaca atırlar. Futbolda təsadüfi nəticə olmur. Rəhbərlik desə, getməyə hazıram. Pis oynamağımız heç kimi maraqlandırmır.
Burada təzminat söhbəti gedə bilməz. Rəhbərlik deyir ki, Sənan başını sal aşağı, işini gör. İstefa verməkdən qorxmuram. Bəlkə də yerimə məşqçi tapılandan sonra vidalaşacaqlar".
Qurbanov bildirib ki, komandanın üzərində böyük təzyiq var: "11 futbolçunun 6-sı axsayırsa, nəsə danışmağa dəyməz. Bəlkə də başqa futbolçuların üzərində dayansaydıq, belə olmazdı.
Futbolçu topu itirirsə, nə edə bilərəm? Çıxış yolu var. Bəlkə də mənim gedişimdən sonra düzələcək. Yalvarıb, burada qalmaq fikrim yoxdur. Rəhbərlik arxamızda dayanıb.
Görürlər ki, səhər tezdən bazaya gəlib, axşam gedirəm. Bəlkə rəhbərliyin də yazığı gəlir ki, bu səhərdən axşamadək işləyir, sadəcə, nəticə yoxdur. Meydanda hər şeyə baş məşqçi cavabdehdir".
Bizim.Media
- A-
- A
- A+
İdman
05:40 / 20.09.2021
"Rəhbərlik desə, getməyə hazıram" - "Keşlə"nin baş məşqçisi
Hazırda oxunan: "Rəhbərlik desə, getməyə hazıram" - "Keşlə"nin baş məşqçisi
Hazırda oxunan: "Rəhbərlik desə, getməyə hazıram" - "Keşlə"nin baş məşqçisi
37697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.