UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Bazel” matçı qolsuz bərabərliklə bitib.
Bizim.Media xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın hər iki hissəsində Ağdam təmsilçiləri hesabı açmaq üçün bir neçə qol vəziyyəti yaratsalar da, bundan istifadə edə bilməyiblər.
Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edib.
Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Kadi Borges, Toral Bayramov, Abbas Hüseynov, Kevin Medina və İbrahima Vadji meydana çıxıblar.
“Bazel”in ilk onbirliyində isə Haynts Linder, Eray Cömert, Andi Pelmar, Serxio Lopes Qalaçe, Raul Petretta, Pajtim Kasami, Darian Males, Vouter Burger, Artur Kabral, Valentin Stokker və Dan Ndoye yer alıblar.
Bu oyun “Qarabağ”ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdardır. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxır.
Qeyd edək ki, H qrupunun digər oyununda – “Kayrat” – “Omoniya” matçında da qapılara qol vurulmayıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:33 / 16.09.2021
UEFA Konfrans Liqası: “Qarabağ” – “Bazel” matçı qolsuz bərabərliklə bitdi
Hazırda oxunan: UEFA Konfrans Liqası: “Qarabağ” – “Bazel” matçı qolsuz bərabərliklə bitdi
Hazırda oxunan: UEFA Konfrans Liqası: “Qarabağ” – “Bazel” matçı qolsuz bərabərliklə bitdi
37355
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.