Avropa çempionatı: Azərbaycanın 2 gimnastı finala vəsiqə qazandı

Avropa çempionatı: Azərbaycanın 2 gimnastı finala vəsiqə qazandı

Hazırda oxunan: Avropa çempionatı: Azərbaycanın 2 gimnastı finala vəsiqə qazandı

3692

Ukraynanın paytaxtı Kiyevdə davam edən bədii gimnastika üzrə Avropa çempionatının ikinci günündə Azərbaycanın iki gimnastı Nərmin Bayramova və Alina Gözəlova təsnifat mərhələsini uğurla başa vurublar.

Bizim.Media xəbər verir ki, gürz və lentlə hərəkətlərdə ustalıqlarını nümayiş etdirən yeniyetmə idmançılar finala vəsiqə qazanıblar.

Bayramova 20.655 xal, Gözəlova isə 22.000 xal toplayıb. Axşam seansında isə çoxnövçülük üzrə qrup hərəkətlərində komanda yarışları baş tutacaq.

Azərbaycan yığmasının heyətində Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina xalça üzərinə çıxacaqlar. İlk yarış günündən sonra ən yaxşı göstəriciyə (34.600 xal) imza atmış komanda cədvəldə ilk pilləni tutur.

Bu gün çoxnövçülük üzrə qrup və komanda yarışlarında ilk medallar sahibini tapacaq. Hazırda Azərbaycan millisi ümumi sıralamada 3-cüdür.

Qeyd edək ki, ötən gün Nərmin Bayramova və Alina Gözəlova müvafiq olaraq, ip və topla hərəkətlərdə finala çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO