"Neftçi" bu gün "Qarabağ"la qarşılaşacaq

Hazırda oxunan: "Neftçi" bu gün "Qarabağ"la qarşılaşacaq

36552

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə 2 görüş keçiriləcək.

Günün ilk matçı "ASCO Arena"da "Səbail" və "Sumqayıt" komandaları arasında olacaq. Hazırda "gənclik şəhəri" təmsilçisi 6 xalla turnir cədvəlinə başçılıq edir. "Dənizçilər" isə 3 xalla 5-cidir. Komandalar indiyədək ölkə çempionatında 14 dəfə üz-üzə gəliblər.

Bu qarşılaşmaların 5-də meydan sahibləri, 7-də isə qonaqlar qələbə qazanıblar. 2 görüş heç-heçə yekunlaşıb. Topların fərqi də qonaqların xeyrinədir - 15:12. “Sumqayıt” son 2 görüşdə quru hesabla qələbə qazanıb. “Səbail” isə son 3 ev matçında qol buraxıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ” və “Neftçi arasında 84-cü qarşılaşma – Kim daha çox qələbə qazanıb?


Turun mərkəzi oyunu "Bakcell Arena"da baş tutacaq. Son çempion "Neftçi" ötən mövsümün gümüş mükafatçısı "Qarabağ"ı qəbul edəcək.

Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 20:30-da başlayacaq. Hazırda eyni - 4 xala malik iki kollektiv 2 - 4-ci yerləri bölüşdürür. Ağdam klubu yalnız top fərqinə görə rəqibini qabaqlayır. Bu oyun komandalar arasında Premyer Liqada 84-cü derbi kimi tarixə düşəcək.

Əvvəlki 83 qarşılaşmada "köhlən atlar"ın aşkar üstünlüyü var. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 30 oyunda qələbə qazanıbsa, "ağ-qaralar" 23 görüşdə rəqibini məğlub edib. 30 oyunda isə qalib müəyyənləşməyib.

Qonaqların vurduğu 92 qola meydan sahibləri 76 qolla cavab veriblər. “Neftçi” son 6 oyunda yalnız 1 dəfə uduzub. “Qarabağ” rəqib meydanındakı son 4 matçdan üçündə xal qazanıb.

Qeyd edək ki, ötən gün keçirilən matçlarda "Qəbələ" "Sabah"a, "Zirə" isə "Keşlə"yə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO