Ronaldonun şokoladdan heykəli nümayiş olundu - FOTO

Ronaldonun şokoladdan heykəli nümayiş olundu - FOTO

Hazırda oxunan: Ronaldonun şokoladdan heykəli nümayiş olundu - FOTO

36395

Məşhur futbolçu Kriştiano Ronaldonun anası Maria Dolores dos Santos Aveiro, oğlunun şokoladdan hazırlanan heykəlini göstərib. 

Bizim.Media xəbər verir ki, Aveiro heykəlin fotosunu “İnstagram” səhifəsində yayımlayıb "Kim bir parça şokolad istəyir? Bu yalnız mənim üçündür", - deyə Kriştianonun anası paylaşımını şərh edib.

Qeyd edək ki, heykəl, "Mançester Yunayted"in hücumçusunun Avro 2016 -dakı göstərdiyi performansına həsr edilib.

Heykəl portuqaliyalı şokoladçı Corce Kardos tərəfindən hazırlanıb. Şirniyyat ustası heykəli hazırlamaq üçün 200 saat vaxt sərf edib. Onun ağırlığı təxminən 120 kq -dır.

Xatırladaq ki, Portuqaliya millisi final matçında Fransa komandasını 1: 0 hesabı ilə məğlub edərək 2016 -cı ildə Avropa çempionu olub.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO