Şahruddin ən çox

Şahruddin ən çox "seyv" edən üçüncü qapıçı oldu

Hazırda oxunan: Şahruddin ən çox "seyv" edən üçüncü qapıçı oldu

36164

UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin VI turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

Bizim.Media-nın məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

27 yaşlı qolkiper meydana çıxdığı 5 oyunda 29 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Millimizin qapıçısı ÜZR İSTƏDİ - Portuqaliya məğlubiyyətinə görə


San Marinodan Elia Benedettini 31 "seyv"lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel 30 qurtarışla ikinci sıradadır.

Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bakı Olimpiya Stadionunda Portuqaliyaya 0:3 hesabı ilə uduzub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO