Qatar-2022: İspaniya və Almaniyadan böyük hesablı qələbə

Qatar-2022: İspaniya və Almaniyadan böyük hesablı qələbə

Hazırda oxunan: Qatar-2022: İspaniya və Almaniyadan böyük hesablı qələbə

35687

Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində V tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutub.

J qrupunda Almaniya millisi Ermənistan seçməsini darmadağın edib.

B qrupunda İspaniya millisi Gürcüstanı böyük hesabla məğlub edib - 4:0. Yunanıstan isə səfərdə Kosovo ilə heç-heçə edib - 1:1.

Avropa çempionu İtaliya millisi səfərdə İsveçrə ilə üz-üzə gəlib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu göstəriciyə görə son Avropa çempionu İtaliya seçməsi ardıcıl 36-cı dəfə meydanı məğlubiyyətsiz tərk edir. Bu da millilər arasında rekord göstəricidir.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

B qrupu

İspaniya - Gürcüstan - 4:0;

Kosovo - Yunanıstan - 1:1.

Xal durumu: İspaniya - 10 (5 oyuna) İsveç - 9 (3), Kosovo - 4 (4) Yunanıstan - 3 (3), Gürcüstan - 1, (5).

C qrupu

Bolqarıstan - Litva - 1:0;

İsveçrə - İtaliya - 0:0.

Xal durumu: İtaliya - 11 (5 oyuna), İsveçrə - 7 (3), Bolqarıstan - 5 (5 oyuna), Şimali İrlandiya - 4 (3), Litva - 0 (4).

E qrupu

Belarus - Uels - 2:3;

Belçika - Çexiya - 3:0.

Xal durumu: Belçika - 13 (5 oyuna), Çexiya - 7 (5), Uels - 6 (3), Belarus - 3 (4), Estoniya - 0 (3).

I qrupu

Albaniya - Macarıstan - 1:0;

İngiltərə - Andorra - 4:0;

San Marino - Polşa - 1:7.

Xal durumu: İngiltərə - 15, Polşa - 10, Albaniya - 9, Macarıstan - 7, Andorra - 3, San Marino - 0.

J qrupu

İslandiya - Şimali Makedoniya - 2:2;

Rumıniya - Lixtenşteyn - 2:0;

Almaniya - Ermənistan - 6:0.

Xal durumu: Almaniya - 12, Ermənistan - 10, Rumıniya - 9, Şimali Makedoniya - 8, İslandiya - 4, Lixtenşteyn - 0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO